Binəqədidə yaradıcılıq festivalı keçirilib

bineqedide-yaradiciliq-festivali-kecirilib
Oxunma sayı: 1311

İyunun 12-si Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə mərhum lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Binəqədinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Eldar İbrahimov, Kamaləddin Qafarov, Madər Musayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, BRİH başçısının müavinləri, BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və s. iştirak ediblər. 

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev əsasıHeydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişdiyini bildirib. 

İcra başçısı Elxan Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd edib. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu deyib.