İngiltərə Fransaya, Ukrayna İsveçə qarşı

ingiltere-fransaya-ukrayna-isvece-qarsi-
Oxunma sayı: 645

Qol.Az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin dördüncü günündə daha iki qarşılaşma baş tutacaq.

İlk öncə meydana D qrupunun əsas favoritləri Fransa və İngiltərə yığmaları çıxacaq. 2004-cü ildə bu komandalar arasında baş tutan görüş 2:1 hesabı ilə Fransanın xeyrinə başa çatmışdı. Bu dəfə hansı nəticənin qeydə alınacağı isə böyük maraqla gözlənilir.

Günün son qarşılaşmasında isə digər təşkilatçı ölkə Ukrayna millisi İsveçi sınağa çəkəcək. İsveçdən fərqli olaraq Ukrayna yığması turnir boyu doğma azarkeş amilindən maksimum yararlanmağa çalışacaq. Ukrayna - İsveç matçından sonra qrup mərhələlərinin I turuna yekun vurulacaq.