İngiltərə qəzeti Bəşər Əsədi Çauşeskoya bənzətdi

ingiltere-qezeti-beser-esedi-causeskoya-benzetdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, qəzetdə nəşr olunan yazıda Bəşər Əsədin taleyinin Türkiyə tərəfindən müəyyənləşəcəyi ifadə olunub. Maliyyə və iqtisadiyyat dairələrində məşhur olan “Financial Times” qəzetindəki yazı BMT baş katibinin keçmiş müavinlərndən olan Michael Villiams imzası ilə dərc edilib. Qəzet “Yaxın Şərqin artan gücünün lideri, qonşusu və keçmiş yaxn dostuna Adolf Hitler və Nikolay Çauşeskonun qədərini xatırladırsa, bu mütləq dinləlilməsi vacib olan bir xəbərdarlıqdır”, - deyə qeyd edir.

“Bəşər Əsədin ölkəsi Yuqoslaviya kimidir. Əhalisinin üçdə ikisi sünnidir, ama rejim gücünü xristianlar, dürzilər və ən çox da ələvilərədn alır. Ən pis ssenari Suriyanın da çoxməzhəbli Yuqoslaviya kimi daxili müharibəyə sürüklənməsidir”, yazılıb.