İngiltərə təmsilçisi Səbinə Babayevanın səsinə valeh oldu-Video

ingiltere-temsilcisi-sebine-babayevanin-sesine-valeh-oldu-video
Oxunma sayı: 676

“Qafqazinfo” eurovision.az saytına istinadən xəbər verir ki, Hamperdink Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayevanın səsinə valeh olduğunu deyib. "Səbinənin güclü səsi var", - deyə Hamperdink bildirib.

Engelbert Humberdinkin mahnıları ilə böyüyən Səbinə Babayeva bu gün Britaniya təmsilçisi ilə görüşündə "Sizin mahnılarınızın laylası ilə böyümüşəm. Indi isə sizi vətənimizdə görməkdən çox xoşbəxtəm. Nə yaxşı ki, siz varsınız" deyib.

Səbinə Babayeva həmkarına maraqlı sürpriz də hazırlayıb. Hamberdinkin hitlərindən birini ifa edən Azərabaycan təmsilçisi ona üzərində Böyük Britaniya təmsilçisinin rəsmi olan köynəyi hədiyyə edib.

Böyük Britaniyanın "Eurovision Mahnı Müsabiqəsi 2012" təmsilçisi Engelbert Hamperdink müsabiqənin birinci yarımfinalını "Bakı Kristal Zalı"nın səhnə arxasından izləyib. Elgelbert Hamperdink möhtəşəm şoudan zövq aldığını bildirib və finaldakı çıxışı ərəfəsində həyəcan keçirdiyini deyib. Bakını və paytaxt sakinlərini çox sevən müğənni şəhərin gözəl görüntülərini foto kamera ilə lentə alıb.