Bingöldə 2 qadın terrorçu zərərsizləşdirildi

bingolde-2-qadin-terrorcu-zerersizlesdirildi
Oxunma sayı: 703

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Bingöl əyalətində əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatda F-16 qırıcları vasitəsi ilə PKK terrorçuları vurulub. Nəticədə 2 qadın terrorçunun məhv edildiyi açıqlanıb.

Çoxlu sayda silah-sursat da aşkarlanıb.