İnqilabın qazax qığılcımı - Video

inqilabin-qazax-qigilcimi-video
Oxunma sayı: 648

Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Kasımov Janaozen şəhərində dünəndən başlamış iğtişaşların qarşısının tam alındığını bəyan edib. O, 70-dək insanın həbs olunduğunu bildirib. "Vəziyyət tam nəzarətdədir. Meydanda heç kim yoxdur", - deyə nazir qeyd edib. Kasımov toqquşmalarda 10 nəfərin həlak olduğunu təsdiqləyib. 75 yaralı xəstəxanalara yerləşdirilib. Hüquq müdafiəçiləri isə onlarla ölən və yaralananın olduğunu bildirirlər. Ölkə ərazisindəTwitter sosial şəbəkəsi işləmir, müstəqil KİV-in internet saytları açılmır.

Daxili işlər naziri iğtişaşları bir müddət əvvəl işdən uzaqlaşdırılmış neftçilərin başladığını bildirib. Qeyd edək ki, iğtişaların baş verdiyi Janaozen şəhərinə qoşun və zirehli texnika yeridilib.

kazakka.flv