“İnsan hüquq və azadlıqlarının təmini nəzarətdədir”

insan-huquq-ve-azadliqlarinin-temini-nezaretdedir
Oxunma sayı: 653



“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib və qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, ölkədə əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. O deyib ki, daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə və cinayət-mühakimə icraatının həyata keçirilməsi üzrə funksiyalarının icrasında başlıca rolu olan istintaq və təhqiqat aparatlarının işinin daha da təkmilləşdirilməsinə böyük önəm verilərək bu mühüm sahədə son illər bir sıra təşkilati tədbirlər həyata keçirilib. Həssas yanaşma tələb edən bu məsələ, xüsusən, istintaq qurumlarında vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti cari ilin iyun ayında naziryanı əməliyyat müşavirəsində müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi cinayət-mühakimə icraatının cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları tam və hərtərəfli araşdırmaq kimi vəzifələrinin həllində, habelə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiə olunmasında müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan göstərilən sahədə həyata keçirilən tədbirlər nazirliyin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

R. Usubov xatırladıb ki, müvafiq məsələlər əməliyyat-xidməti fəaliyyətin bu mühüm istiqamətlərində əldə edilmiş uğurların inkişaf etdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə Kollegiya iclasının gündəliyinə çıxarılıb.