“İnter”in müdafiəçiləri qadına sataşdığına görə bıçaqlanıb?

interin-mudafiecileri-qadina-satasdigina-gore-bicaqlanib
Oxunma sayı: 655

Nəsimi Rayon Polis İdarəsindən bu gün əldə etdiyimiz məlumata görə, adı açıqlanmayan qadın Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsimə müraciət edərək hər iki futboçlu barədə şikayət edib. Şikayətində göstərib ki, futbolçular ona sataşıblar. Həmin ərizə ilə bağlı təhqiqat aparılır.

Həmin şikayətdən bir müddət sonra isə həmin futbolçular hücuma məruz qalıblar.

Bu arada qeyd edək ki, futbolçulara hücum etməkdə şübhəli bilinən 25 yaşlı Cəlilabad rayon sakini Rafiq Nəsirov saxlanılıb.

“İnter” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov isə Milli.Az-a bildirib ki, futbolçuların barəsindəki şikayətlə bağlı kluba polisdən hər hansı məlumat daxil olmayıb. /milli.az/