İnternet media üçün təhlükə - Diqqət

internet-media-ucun-tehluke-diqqet
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, institutun Rəşid Hacılı bildirib ki, hökumətin İnternetdə audio və video məzmun yayımlamağa lisenziya tələbi qoymaq cəhdlərinın hər hansı bəraətləndirici izahı yoxdur: “İnternetin siyasi və inzibati sərhədləri tanımadığını nəzərə aldığımızda hökumətin önə çəkilən “dil” qayğısına qalmaq bəhanəsinin işə yaramadığını aydınca görə bilərik. Lisenziya tələbi, əksinə onsuz da çox zəif infrastruktura malik İnternet vasitəsiylə yayılan ictimai önəmli məzmunun nəzarət altına alınmasına gətirib çıxaracaq”.

Bununla yanaşı Media Hüququ İnstitutu diqqətə çatdırır ki, Azərbaycanda İnternetin ən mühüm problemi İnternetin texniki infrastrukturunun İnternetə normal çatım üçün yetərli olmaması, ölkə əhalisinin böyük kəsiminin, özəlliklə də Bakıdan kənarda, İnternetə çatım imkanlarının praktiki baxımdan çox aşağı dərəcədə olmasıdır: “Hökumət İnternet sənayesinin stimullaşdırılması üçün zəruri və sağlam rəqabət mühiti formalaşdırmağa, dövlət monopoliyasını və özəl monopoliyaları, bürokratik əngəlləri aradan qaldırmağa tələsmir. Rabitə və informasiya texnologiyaları sahəsini tənzimləməli olan, şəffaf, professional və ədalətli qərarlar verilməsini təmin edə bilən düzənləyici qurum yaratmaq barədə düşünmür”.

İnformasiya əldə etmək haqqında qanunun da tələb etməsinə baxmayaraq hökumət vətəndaşların ucqar yerlərdə yaşayan kəsiminin, yaxud imkansız və yoxsul hissəsinin, əlillərin internetə hökumət hesabına çatımını təmin edə biləcək mərkəzlər (ictimai İnternet mərkəzləri) yaratmır.

Səidə