İqbal Ağazadə hicaba münasibətini açıqladı

iqbal-agazade-hicaba-munasibetini-aciqladi-
Oxunma sayı: 813

“Geyim və yaşam tərzi heç bir halda məhdud olmamalıdır. Cəmiyyət insanların azad seçiminə, həyat tərzinə və hadisələrə münasibətinə normal, təlaşsız və tolerant yanaşmalıdır”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloq yazısında paylaşıb. Partiya sədri qeyd edib ki, hicab, bir yaşam tərzi nümünəsidir: “Öz həyatını və yaşam tərzini sərbəst seçən insanlar daxilən azad insanlardır. Azad insan azad cəmiyyətin qurulmasına çox şey verir, bu prosesə müstəsna təsir göstərir və biri, digəri olmadan təsəvvür edilə bilməz. Hər birimiz insanların daha azad yaşaması üçün çalışmalıyıq.

Hətta, təhsil haqqında qanunda hicab və digər baş örtüləri haqqında heç bir qadağa yoxdur və əgər hansısa müəssisə rəhbərliyi, dövlət rəsmisi belə bir qadağa tətbiq edirsə bu bir qanun pozuntusu, bir cinayətdir. Azərbaycan azad dövlətdir və burada insanlara dini görüşlərinə və geyimlərinə görə fərq qoyulması yolverilməzdir və biz hər zaman insanların azad seçimi və azad yaşaması uğrunda mübarizəmizi davam etdirəcəyik” .