Bir ailənin 3 üzvünü öldürən ssenaristin cəzası bəlli oldu

bir-ailenin-3-uzvunu-olduren-ssenaristin-cezasi-belli-oldu
Oxunma sayı: 2422

İzmirdə sərxoş halda yüksək sürətlə idarə etdiyi avtomobillə qəza törədən və 3 nəfərin ölümünə səbəb olan ssenarist-yazar Əmrah Sərbəsə verilən cəza açıqlanıb.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, "1-dən çox insanın ölümünə səbəb olma" cinayəti ilə ittiham edilən ssenarist 13 il 4 ay həbsə məhkum edilib.

Daha əvvəl Əmrahın yerinə cinayəti üzərinə götürən Kənan Doğruya da 1 il həbs cəzası verilib. Sərbəs cəzasının 7 il 2 ay 20 gününü həbsxanada keçirəcək. 

Əmrah məhkəmə zalında ölümünə səbəb olduğu Özçelik ailəsinin yeganə sağ üzvü Əhməd Özçelikdən və yaxınlarından üzr istəyib: "Mənim üzümdən bütün ailəni itirdin. Qəza idi. Məndən asılı olmayan səbəblərdən baş verdi. Kaş, mən ölərdim. Bunu hər gün deyirəm".