Bir ailənin 5 üzvü balıqdan zəhərləndi

bir-ailenin-5-uzvu-baliqdan-zeherlendi
Oxunma sayı: 1013

Tovuzda bir ailənin beş üzvü balıqdan zəhərlənib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Bozalqanlı kəndindən olan bir ailənin üzvləri - 34 yaşlı Rəşad Əliyev, həyat yoldaşı olan 33 yaşlı Məlahət Məmmədova, övladları - 9 yaşlı Rəvan, 8 yaşlı Həsən və 2 yaşlı Mehriban balıqdan zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdiriliblər. 

Onlara tibbi yardım göstərilib və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Elmar Əli