Bir ailənin 6 üzvü qəzada xəsarət aldı

bir-ailenin-6-uzvu-qezada-xesaret-aldi
Oxunma sayı: 647

Bakıdan Zaqatalaya gedən, içərisi sərnişinlə dolu “Mercedes” markalı avtobus rayonun girəcəyində “Jiqulu” markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan 6 nəfər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alan şəxslər aşağıdakılardır:

1. Şamil Xəlilov (1975-ci il, Bəhmədli kəndi)
2. Cavid Xəlilov (2006-cı il, Bəhmədli kəndi)
3. İlhamə Xəlilova (1975-ci il, Bəhmədli kəndi)
4. Xəlil Xəlilov (1995-ci il təvəllüdlü, Bəhmədli kəndi)
5. Kamil Xəlilov (1972-ci il təvəllüdlü, Bəhmədli kəndi)
6. Günül Xəlilova (2003-cü il təvəllüdlü, Bəhmədli kəndi)

Qəza nəticəsində xəsarət alanların hamısı bir ailənin üzvləridir.