Bir ay əvvəl əri ölən qadın intihar etdi

bir-ay-evvel-eri-olen-qadin-intihar-etdi
Oxunma sayı: 4566

Ağdamda 53 yaşlı qadın intihar edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Ballar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Səmayə Kamal qızı özünü anasının yaşadığı evin həyətindəki tikilidə asıb. Hadisə səhər saatlarında baş verib. Ev sahibləri qadının meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

Məlumata görə, S.İsmayılovanın həyat yoldaşı 1 ay öncə qəfil dünyasını dəyişib və qadın bundan psixoloji sarsıntı keçirib.

Ailənin birgə nikahdan övladları olmayıb.