Bir ayda 745 milyon manat...

bir-ayda-745-milyon-manat
Oxunma sayı: 644


Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu məbləğin 54,3 faizi mənfəət vergisinin, 18,6 faizi əlavə dəyər vergisinin, 8,3 faizi fiziki şəxslərin gəlir vergisinin, 5,8 faizi aksizlərin, 13 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 304 milyon 253,3 min manat vəsait daxil olub.

Yanvar ayında respublika üzrə 8 min 530 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin fevral ayının 1-dək 60 min 923 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 489 min 180 olub.

2013-cü ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil edib.