Bir ayda iki klip...

bir-ayda-iki-klip
Oxunma sayı: 1379

`Azərbaycanın tanınmış müğənnisi Miri Yusif yeni mahnı və klipini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, “Oyna” adlı bəstəni rejissor Əli Fərhad ekranlaşdırıb və çəkilişlər Bakıda baş tutub. 

Klip ifaçının rəsmi “Youtube” səhifəsində yayımlanıb. 

Qeyd edək ki, bu ay Miri Yusifin çıxardığı sayca ikinci klipdir. Müğənni  oktyabrın əvvəlində “Neyləyim” adlı layihəsini təqdim etmişdi.