“Bir-birimizə öyrəşmişik…” - İlk dəfə görüntüləndilər

bir-birimize-oyresmisik
Oxunma sayı: 749

Türkiyənin məşhur müğənnisi Sıla yeni sevgilisi Ahmet Kuralla görüntülənib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi İstanbulda verdiyi konsertdən sonra eşq yaşadığı şəxslə kameralara tuş gəlib. 

Kural sükutunu pozaraq münasibətləri barədə ilk dəfə açıqlama verib. 

“Nurgül Yeşilçayın ad günündə tanış olmamışıq. Ortaq dostlarımız vasitəsi ilə bir-birimizi gördük. Həyat sürprizlərlə doludur. Hər şey qaydasındadır. Bir-birimizə öyrəşmişik. Bu günə kimi açıqlama vermədim.

Sıla xanım nə deyirsə, odur. Evlənməyimiz barədə suallar verirlər. Belə şeylər danışmaq olmaz, Hər şey xeyirli olar”.