“Bir-birimizi başa düşmədik...”

“Bir-birimizi başa düşmədik...”
Oxunma sayı: 1357

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayaraq adam öldürməyə cəhddə təqsirləndirilən Əlyar Osmanovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə zərərçəkmiş Xaliq Kələntərov ifadə verib.

O deyib ki, bir müddət əvvəl adam bıçaqlamağa görə həbsə düşüb, çıxandan sonra dostu Əlyara niyə onun yanına gəlmədiyini və azadlığa çıxandan sonra niyə ona salam vermədiyini irad tutub. 

X. Kələntərov manqaldan köz götürərək bu məsələyə görə mübahisə etdiyi Əlyarı qovub. Ə.Osmanov isə ona 5 bıçaq zərbəsi vurub. Hər iki şəxs hadisə zamanı içkili olduqlarını bildiriblər. 

X. Kələntərov indi şikayətinin olmadığını deyib: "Sadəcə anlaşılmazlıq oldu, bir-birimizi başa düşmədik". 

Proses sentyabrın 19-da davam etdiriləcək. 

İttihama görə, hadisə bu il martın 7-də Binəqədi rayonunda baş verib. 1980-ci il təvəllüdlü Xaliq Kələntərov  xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi