Bir-birinə sarılmış 42 nəfərin yanmış cəsədi tapıldı - Londonda

bir-birine-sarilmis-42-neferin-yanmis-cesedi-tapildi
Oxunma sayı: 781

Londonda 24 mərtəbəli “Grenfell Tower” binasında baş verən yanğından sonra binadakı otaqlar bir-bir axtarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, axtarışlar zamanı bir otaqda bir-birinə sarılmış şəkildə ölən 42 nəfərin cəsədi tapılıb.

Ölənlərin çoxu uşaqlar və qadınlar olub. Onlar yanğın zamanı binadan qaça bilməyib və son ümid olaraq bir otaqda xilas edilməyi gözləyiblər.

London şəhərinin polis rəisi Stuart Kundi bildirib ki, hələlik ölən 79 nəfərdən sadəcə 5-nin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Onun sözlərinə görə, dəqiqləşdirmə günlər, hətta həftələrcə davam edə bilər.