“Bir butulka arağ”a görə işdən çıxarılıb

bir-butulka-araga-gore-isden-cixarilib
Oxunma sayı: 652

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən Xanlar Ağayev artıq 18 aydır ki, işsiz qaldığını deyir. Otuz il çalışdığı iş yerindən şərlənərək çıxarıldığını deyən X.Ağayevin işdən qovulmasına səbəb isə özünün dediyi kimi “bir butulka araqdır”.

Donanmada 2000-ci ildən bəri mexanik olaraq çalışan X.Ağayevin sözlərinə görə, bu, idarə rəisi Daməd Süleymanov tərəfindən ona qarşı hazırlanmış oyundur. Buna səbəb kimi isə X.Ağayev Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin(ARDNDİ) rəisi Daməd İmanovdan 2010-cu ildə şikayət etməsini göstərib.

X.Ağayev bildirib ki, indiyə qədər məsələ ilə bağlı Prokurorluğa, konstitusiya məhkəməsindən başqa, bütün məhkəmələrə müraciət edib: “2011-ci ilin noyabrında Apelyasiya məhkəməsi mənim lehimə qərar çıxarıb ki, yenidən işimə bərpa oluna bilərəm. Qətnamə 6 ay əlimdə qaldı. Daha sonra Ali məhkəməyə kasasiya şikayəti verməli oldum. Yenidən işimi Apelyasiya məhkəməsinə verməyimlə bağlı qərar qəbul edilib. Artıq 3-cü dəfədir ki, apelyasiyada işimə baxılıb”.

Artıq 18 aydır ki işsiz qalan X.Ağayev ailəsinin maddi ehtiyaclarını təmin edə bilmədiyini deyir: “Apelyasiya məhkəməsi mənim lehimə qərar qəbul edib, lakin qərar icra olunmur. Onunla respublikada heç kim bacarmır. 18 aydır ki, işsiz qalmışam. 54 yaşım var, bundan sonra başqa yerdə çalışa da bilmərəm. Ailəm acından ölmək təhlükəsi ilə qarşı-qarşıyadır”.

Səidə