“Bir daha həbsxanaya girsəm, ölərəm”- - Məşhur müğənni

bir-daha-hebsxanaya-girsem-olerem-
Oxunma sayı: 3661


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Kenan Erçetingözün suallarını cavablayarkən  gözyaşlarına hakim ola bilməyən məşhur sənətçi  günahsız olduğunu bildirb: 

“Bir tək onu bilirəm ki, günahsızam. Mənə yaraşdırılanların heç birini etməmişəm. Heç bir günahımı qəbul etmirəm, mənim əsəbim pozulur. 8 ay yatdığın bir yerə təkrar getməyin nə demək olduğunu bilirsinizmi? Danışarkən həbsxananın qoxusu burnuma gəlir. Oranın çox pis bir qoxusu var, Allah düşmənimə də qismət etməsin, oraya getməyi haqq edəcək heç bir şey etmədim . Mən bir daha mühakimə istəyirəm. Çünki haqlıyam, günahsızam. Bir daha həbsxanaya girsəm, ölərəm. Məni assınlar, daha yaxşıdır”. 

Aparıcının “İntihar etməyi düşündünüzmü?” sualına isə Seki belə cavablandırıb:

“Həyatım boyunca intihar etməyi düşünmədim , heç bir zaman da düşünməyəcəm. İlk öncə anamı düşünərəm. Bu anama haqsızlıq olar. Allah qorusun. Heç bir zaman aciz olmadım”.