“Bir də o masaya oturulmayacaq” - İrandan ABŞ-a xəbərdarlıq

bir-de-o-masaya-oturulmayacaq
Oxunma sayı: 1387

İranın xarici işlər naziri Cavad Zərif ABŞ hökumətinə ismarıc yollayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nazir “Youtube” kanalında video-müraciət yayaraq nüvə proqramı məsələsində bir daha razılığa gəlməyəcəklərini və müzakirə masasına əyləşməyəcəklərini bəyan edib. 

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahunun İranın gizlicə nüvə proqramına davam etdiyini bildirmiş, ABŞ isə iddiaları təsdiqləmişdi. 

Nuranə