Bir dəfə Bakıda... – Video+Fotosessiya

bir-defe-bakida-videofotosessiya
Oxunma sayı: 648



İspaniyanın “Real” Madrid və “Barselona” klublarından sonra adını dünyaya tanıtmağa müəssər olan digər bir klubu “Atletiko” Madridin Bakı səfər davam edir. “Qafqazinfo” xəbər verir ki, dünən Madrid klubu “Bakı”nın təlim məşq bazasında olub. İstər yerli, istərsə də İspaniyadan olan jurnalıstlərin çoxluğu, “Atletiko”nun Bakıya hər hansı bir yoldaşlıq görüşü üçün deyil, sanki “Çempionlar Liqa”sı və ya Avro Liqanın yarımfinal mərhələsini işıqlandıracaqları təsirini bağışlayırdı. Ancaq digər tərəfdən bunu, birmənalı da qarşılamaq olar.


Çünki futbolumuzun mövcud vəziyyətini göz önünə alsaq, onda “Bakı” klubunun timsalında bu cür dünya səviyyəli komandaların paytaxtımıza gətirilməsinin futbolumuzun gələcəyi üçün yaxşı mənada təsir edəcəyini düşünmək və ən azından xəyal etmək olar.

Dünən “Atletiko”lu futbolçular həm Bakıda ilk məşqlərini ediblər, həm də buna qədər şəhərimizin gəzməli - görməli yerləri ilə tanış olublar. Həmçinin Arda Turan və Diyeqo Simyone təşkil olunan mətbuat konfransında iştirak ediblər. Diyeqo Simyone bu görüşün yoldaşlıq oyunu olmasına baxmayaraq, Bakıdan qələbə ilə ayrılmağı planlaşdırdığını da qeyd edib. Dünənki mətbuat konfransından və məşq prosesindən olan fotoları təqdim edirik.

İqbal