Bir gecədə 3 qonşusunun evini yardı - Fotolar

bir-gecede-3-qonsusunun-evini-yardi
Oxunma sayı: 2142

Sabunçu qəsəbəsində bir gecədə 3 evdən oğurluq edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyev fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.

E.İsayevin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Murad Əhməd