Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü - Fotolar

bir-gun-evvel-nisani-olmusdu-qezada-oldu
Oxunma sayı: 11882

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş.