“Bir gün gələcək bunları silib süpürəcəyik”

bir-gun-gelecek-bunlari-silib-supureceyik
Oxunma sayı: 648

“Onlar bizim torpaqlardan getməlidir. Bir gün gələcək bunları silib süpürəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan bütün təmas xətti boyu atəşkəs rejimini pozur: “Azərbaycanın Silahlı Qüvvələri də buna öz cavabını verir. Təmas xəttində atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər, yaralılar da olur. Bunlar qaçılmazdır. Bütün bu hadisələrin baş verməsi Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsidir. Ermənistan torpaqlarımızı 20 ildir ki, işğal altında saxlamaqda davam edir . O bizim torpaqlardan getməlidir. Bir gün gələcək bunları silib süpürəcəyik. Ermənistan çox da iftixar etməsin ki, özü təklikdə bu torpaqları işğal edib. Onlara havadarları maksimum dərəcədə köməklik edib”.

Günel