Bir gündə 2 nəfər göldə batdı - Yenilənib

Bir gündə 2 nəfər göldə batdı
Oxunma sayı: 757

Qazax və Hacıqabulda göldə boğulma hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Qazaxın Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılov göldə çimərkən boğulub.

Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hacıqabulun Birinci Udullu kəndi ərazisindəki süni göldə batdığı ehtimal olunan şəxsin axtarışları isə davam edir.

***

2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun da axtarışları başa çatıb. Onun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi