Bir gündə 4 nəfər dəm qazından boğuldu - Yenilənib

bir-gunde-4-nefer-dem-qazindan-boguldu
Oxunma sayı: 2960

İsmayıllıda iki nəfər dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, İsmayıllı rayon sakini 1983-cü il təvəllüdlü Tahirova Təranə Qurban qızı yaşadığı evin hamamında dəm qazından boğulub.

Rayonda dəm qazından boğulan digər şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədli Aysu Bəhmən qızı olub. İlkin məlumata görə, 17 yaşlı gənc qız vanna otağında dəm qazı səbəbindən özündən gedib.

Hər iki sakin huşsuz vəziyyətdə İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Oğuz rayon Caluc kənd sakini, 1969-cu il təvəllüdlü Lələyeva Nazilə Vəli qızı hamamda dəm qazından boğulub. 50 yaşlı qadın Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayeva Nazilə Niyaz qızı vanna otağında huşsuz halda tapılıb. N. Abdullayeva Qəbələ Diaqnostika Mərkəzinə aparılıb. 

Hər iki xəstənin müalicəsi davam etdirilir.

Faktlar araşdırılır.

Rəşad Türkoğlu