Bir gündə 58 cinayət

bir-gunde-58-cinayet
Oxunma sayı: 654

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisələrdən 29-u "isti izlər"lə açılıb. Həmin xəbərləri təqdim edirik:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.