Bir gündə iki piyada...

bir-gunde-iki-piyada
Oxunma sayı: 1184

Cəlilabad rayonunda baş verən yol qəzalarında 2 nəfər vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ martın 18-də saat 21 radələrində rayonun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmin hadisədən bir saat öncə Uzuntəpə kəndində rayon sakini Rəhim Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəmaləddin İmanovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd