Bir gündə iki qadın yıxılaraq xəstəxanalıq oldu

bir-gunde-iki-qadin-yixilaraq-xestexanaliq-oldu
Oxunma sayı: 1357

Tovuz rayonunda bir gündə iki qadın xəsarət alıb.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, rayonun Əlibəyli kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynova Zülfiyyə Əhməd qızı meyvə bağında ağacdan yıxılıb. Qadın bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həmin gün rayonun Düz Qırıqlı kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Mehbarə İslam qızı isə yaşadığı evdə iş görərkən yıxılıb.

Hadisə nəticəsində qadının ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib.