Bir günə 61 cinayət

bir-gune-61-cinayet
Oxunma sayı: 748

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.