Bir ildə 22 milyon qazanıb - Birinci odur

bir-ilde-22-milyon-qazanib
Oxunma sayı: 3254

Nüfuzlu “Forbes” jurnalı 2018-ci ildə ən çox pul qazanan modellərin adlarını açıqlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda amerikalılar üstünlük təşkil edib, əksəriyyəti “Viktoriya Sekret” brendinin simalarıdır.  

Birinci sırada məşhur model 22.5 milyon dollar gəliri ilə Kendal Jennerdir. 


Siyahıda ikinci Karlie Klossdur. O, bu il 13 milyon dollar gəlir əldə edib. 

Üçüncü isə məşhur model Chrissy Teigendir.  O, bu il 11.5 milyon dollar pul qazanıb. 


Rosie Huntington-Whitely isə 11.5 milyon dollar qazancı ilə dördüncü sırada qərarlaşıb. 

Beşinci sırada isə 10 milyon dollar gəliri ilə Gisele Bundchenir.