Bir ildə cəmi 30 fakt - Korrupsiya

bir-ilde-cemi-30-fakt-korrupsiya
Oxunma sayı: 676

APA-nın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub.

Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Yanvarın 27-də Azərbaycanda hökumət strukturlarında geniş anti-korrupsiya kampaniyasının başlanmasından bir il ötür. Keçən il yanvarın 27-də prezidentin tapşırığı ilə hökumətdə bütün strukturlarında anti-korrupsiya iclasları keçirib, əliəyriliyə görə hansı tədbirləri gördüklərini elan etmişdilər.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də həmin kampaniyanın tərkib hissəsi kimi gücləndirilib.

Həmin kampaniyanın ilk aylarında hətta hökumətin sərt tənqidçiləri də görülən tədbirlərin bəzi sahələrdə ciddi dəyişikliklərə səbəb olduğunu deyirdilər. Amma onlar həm də qeyd edirlər ki, bir neçə ay sonra vəziyyət əvvəlki illərdən daha da pisləşib.

Transparency İnternational təşkilatının sonuncu hesabatına görə 2011-ci il Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 2,4 balla 183 ölkə arasında 143-cü sırada qərarlaşıb.