Bir ilə 10 milyon qazanıb... - Fotolar

Bir ilə 10 milyon qazanıb...
Oxunma sayı: 2009

Səhnə həyatının 10-cu ilini qeyd edən Sıla ötən axşam  yeddinci dəfə “Maslak TİM Show Center”də konsert verib. “Qafqazinfo” xəbər verir ki, cəsarətli geyimi ilə diqqət çəkən ifaçını dinləyənlər sırasında sevgilisi Ahmet Kuralın anası Sema Kural və atası Mesut Kural da olub. 

Ahmetin atası mətbuat nümayəndələrinin suallarını cavablandırarkən “Sıla qızımla tanış olduq və sevdik. Çox xanım-xatın biridir. Mahnılaırna qulaq asıb xoşbəxt olduq. Konsertdə çox əyləndik” deyib.

Bundan başqa, “Biletix” şirkətinin direktoru Kemal Erdine kulisdə Sılaya “İlin ən çox bilet satan sənətçisi” mükafatını təqdim edib.  Məlum olub ki, Sılanın konsertlərindən 10 milyon TL gəlir əldə edilib və 100 mindən çox bilet satılıb. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi