Bir ilə 8 milyon qazanan qadın mətbuat katibi...

bir-ile-8-milyon-qazanan-qadin-metbuat-katibi
Oxunma sayı: 645

Rusiya baş naziri Dmitri Medvedevin mətbuat katibi Natalya Timakova ötən il 8 milyon rubl qazanıb.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Timakovanın ölkə ərazisində 60,1 kvadrat metrlik mənzili var. 

Onun həyat yoldaşı Aleksandr Budberq isə 2016-cı ildə təxminən 8,76 milyon rubl gəlir əldə edib. Eləcə də Latviyada 2704 kvadrat metrlik torpaq sahəsi, 96 kvadrat metrlik evi, Rusiyada həmçinin iki mənzili var.