Bir ilginc əhvalat

bir-ilginc-ehvalat
Oxunma sayı: 655

- Bəli, aşkım! Bəli! Bəli! Eşidirəm! Nə yaxşı zəng elədin... Bu gün axşamacan telefonun sönülü olub. Yaman darıxdım... Nə yaxşı zəng vurdun...

Gənc aşiq danışa-danışa hündür binanın qarşısındakı dar asfaltla yavaş-yavaş addımladı. Söhbət bir az uzanınca onun səsi də sakitləşdi, həyəcanı da getdi. Amma mən onu yenə eşidirdim... O məni görmürdü deyə rahat danışırdı...

- Səni çox sevirəm... Lap çox... Vallah!!!
Bu heynidə həmin dar asfalta nəhəng və qara bir “Lexus” buruldu. Təzə maşının səsi demək olar ki, eşidilmirdi. Yavaşca oğlana yanaşdı, yarım metrəliyinə çatdı, başı aşk söhbətlərinə qarışan aşiq yenə də heç nə hiss etmədi. Başını qaldırıb “navastroyka”ya həsrətlə baxdı:

-Canım mənim, iş yerimin yanında gözəl binalar var! Kaş burda bir evimiz olaydı, baş-başa verib yaşayaydıq... (fasilə) Bir gün olacaq deyirsən? Olacaq, canım mənim! Əlbəttə olacaq!

Bu an “Lexus” siqnal verdi. Cavan oğlan diksinib tullandı və mobil telefon əlindən düşüb paramparça oldu...