Bir kilo narkotiklə tutuldu, prokuror 8 il iş istəyir

bir-kilo-narkotikle-tutuldu-prokuror-8-il-is-isteyir
Oxunma sayı: 933

Bakı Ağır Cinayətlər Məhkəməsində Qaxdan Bakıya külli miqdarda narkotik vasitə gətirib satmaqda təqsirləndirilən Xanmurad Babayevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə şahidlər dindirilib. 

Hal şahidi Asif Məmmədov deyib ki, polislər X.Babayevi saxladıqdan sonra onun maşınından göy rəngli sellofan torbada narkotik tapılıb. 

Məhkəmədə bildirilib ki, digər hal şahidi Süleyman Cəfərovun oğlu Vaqif Cəfərov qətlə yetirildiyi üçün o, prosesdə iştirak etməyib. 

Qeyd edək ki, V.Cəfərov bir müddət öncə avtomobil qəzasına düşüb və digər maşının sürücüsü Qabil Məmmədov aralarındakı mübahisə zamanı onu bıçaqlayaraq öldürüb. 

Prokuror çıxış edərək X.Babayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. X. Babayev son söz demək üçün vaxt istəyib. 

Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayev 1 kiloqram 838,2 qram marixuana ilə saxlanılıb.

Murad Əhməd