“Bir kişi məni səhnədə görüb bəyənirsə...”

bir-kisi-meni-sehnede-gorub-beyenirse
Oxunma sayı: 2196


“Nəzərdən qorxuram, elə adam var, ona əvvəldən demək düşür. Mən ailə həyatı qursam, görməmiş kimi toydan əvvəl hamıya yaymayacam. Toydan əvvəl mətbuata yayılır ki, Səidə ailə qurur. Sonra  kişi qaçır, baxırsan ailə yoxdur. Əgər sevdiyin şəxs səndə analıq görürsə, deməli artıq evlənmisən. Kişi anasının xüsusiyyətini qadında görürsə, o, xanımı ailəsi olaraq qəbul edir.Qızlar bunu nəzərə almalıdırlar. Ailə qursam da, sənəti atmayacam. Bir kişi məni səhnədə görüb bəyənirsə, belə də qəbul etməlidir. Təbii, toylara, şou proqramlarda çıxış etməyəcəm. Yalnız konsertlərdə və efirdə görünəcəm”. 

İfaçı avqustda “Yaşıl teatr”da konsert verəcəyini də qeyd edib.