Bir milyarddan çox insan niyə onu seçib?

bir-milyarddan-cox-insan-niye-onu-secib
Oxunma sayı: 639

Əsas faktlar

Facebook-da 1 milyarddan çox insan qeydiyyatdan keçib.

Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur.

Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri gənclərə qoşulur.

Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir (Nə haqda düşünürsən?).

Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

İstifadəçilər “Paylaş” düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.

Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

Orta hesabla hər bir istifadəçi...

130 dosta malikdir və ay ərzində 8 dostluq sorğusu göndərir.

Facebook-da 55 dəqiqədən çox vaxt keçirir. Dünya üzrə bütün istifadəçilər isə şəbəkəyə hər gün 6 milyard dəqiqədən çox vaxt sərf edirlər ki, bu da Google-un saytı ilə müqayisədə iki dəfə çoxdur.

Hər ay 9 dəfə “Bəyəndim” düyməsini basır.

Ay ərzində müxtəlif mövzular üzrə 25 şərh yazır, 25 qrupda iştirak edir.

1 ay müddətində ən azı 2 səhifəyə üzv olur.

Ay ərzində üç tədbirə dəvət olunur.

Beynəlxalq artım

Facebook 70-dən çox dilə tərcümə olunub.

Saytın təxminən 70% istifadəçisi ABŞ-da yaşamayan insanlardır. Dublin, London, Paris, Sidney, Toronto, Nyu-York, Çikaqo, Atlanta, Dallas və Detroit Facebook-un ofislərinin yerləşdiyi şəhərlərdir.

300 mindən çox istifadəçi Facebook-un müxtəlif dillərə tərcüməsi prosesində iştirak edib.

Maraqlı faktlar

70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir.

65 milyondan çox istifadəçi Facebook-dan mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.

ABŞ psixoloqları yeni “Facebook-aslılıq” (FAD) adlı diaqnoz haqqında məlumat veriblər.

Facebook-un yaradıcısı Mark Zukerber dünyanın ən gənc milyarderi hesab olunur.

2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə “Facebook”un xərclədiyindən daha çox pul qazandığını elan edib.

Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebook-da dost olmağı qadağan edib.

Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.

Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebook-da onların profillərinə baxırlar.

Rusiyanın investisiya şirkəti olan “Digital Sky Technologies” Facebook-a 200 milyon dollar həcmində sərmayə qoyub. Ötən il “Goldman Sachs” və “DST” bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar.

Facebook-a sərmayə qoyan ilk insanlardan biri PayPal-un yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdır.

2009-cu ilin dekabrında Facebook-un məxfilik tənzimləmələrində dəyişiklik edilən zaman, Zukerberqin köynəksiz və sərxoş vəziyyətdə təsvir olunduğu qeyri-rəsmi fotosu cəmiyyətdə böyük əks-səda doğurmuşdu.

Kanadada IBM-in 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə Facebook səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya idi.

Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün Facebook-dan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçi səhifəsində yerləşdirilmiş “məhkəməyə çağırış vərəqəsi” hüquqi cəhətdən məcburi hesab olunur.

Şəbəkə istifadəçilərindən birinin paylaşdığı informasiya böyrək bağışlanmasına səbəb olmuşdu.

“Facebook” üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir. /ict.az/