Bir milyonluq dövlət əmlakı satıldı

bir-milyonluq-dovlet-emlaki-satildi
Oxunma sayı: 634

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib.

“Qafqazinfo” xəbər verir ki, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan  1-i səhmdar cəmiyyəti, 19-u  kiçik dövlət müəssisəsi,  7-i qeyri-yaşayış sahəsi,  5-i isə nəqliyyat vasitəsidir. 

Bakı  şəhəri üzrə  1 səhmdar cəmiyyətinə,  8 kiçik dövlət müəssisəsinə,  6  istifadəsiz qeyri yaşayış sahəsinə  və 5 nəqliyyat vasitəsinə,  respublikanın digər  şəhər  və rayonları üzrə  11  kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb. 

Özəlləşdirilən əmlaklar səhiyyə, pampıqçılıq sahəsinə aid olmaqla yanaşı ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa”  kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kv.m, ümumi faydalı sahəsi isə 1271 kv.m təşkil edir.