“Bir müddət kişilərdən uzaq qalacam” - - Fotolar

bir-muddet-kisilerden-uzaq-qalacam-
Oxunma sayı: 3308


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ulusoy 30 yaşını ötdüyü üçün özünə qadağalar qoyduğunu və bir müddət kişilərdən uzaq qalacağını bildirib: "Hazırda kimsəyə aşiq deyiləm, bir müddət aşiq olmağı da düşünmürəm. İstirahət lazımdır. Çox şey hiss etdim, kədərləndim, sıxıldım, sevindim, xoşbəxt oldum. İndi olduğum vəziyyətdən və hiss etdiyim duyğudan məmnunam. Ona görə həyatımda bir kişi olmasını istəmirəm. Kimsəyə də o gözlə baxmıram. Kənardan mənə o gözlə baxan varsa, buradan deyirəm ki, uzun müddət məndən uzaq dayansınlar. Həqiqətən səyləri boşa çıxar. Lakin təkrar aşiq olacağıma inanıram. İçimdə çox qəribə bir hiss var, bir şey gözləyir məni və o gözlədiyi üçün bir çox imtahandan keçirəm. İrəlidə biri var və məni gözləyir. Bu çox real bir hisdir”. 

Model daha sonra evlilik haqda düşüncələrini də bölüşüb: "Evliliyin hisslərlə əlaqədar olduğuna inanıram. Şanslıyam ki, ətrafımda evli yoldaşım çox azdır. Həyatımın evlilik dövründə olduğuna inanmıram. Doğru insan gəldiyində evlilik olacaq. İndi 31 yaşım var, hələ uşaq sahibi olma hissi də içimdə yoxdur. Bioloji saat də işləmir məndə. Onsuz da şəhərli qadının hər şeyi gecikməyə başlayıb. Ətrafımda o qədər pis nümunə görürəm ki, bir az qorxu da var. Elə evlilik olacağına heç olmasın”.