Bir neçə baş həkimə töhmət verildi

Bir neçə baş həkimə töhmət verildi
Oxunma sayı: 1298

Sumqayıt şəhər Səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakıyla iclas keçirilib.

"Qafqazinfo" Xeberle.com-a istinadən xəbər verir ki, iclasda bir sıra baş həkimlər işlərində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

Belə ki, Sumqayıt şəhər 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova  və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U. Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və  şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.

Qeyd edək ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyev töhmət aldıqdan istefa ərizəsi yazıb və tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, ötən gün M. Tağıyev saytımıza açıqlamasında məzuniyyətdə olduğunu və işə noyabrın 14-də çıxacağını bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi