“Bir neçə insanı sevindirmək üçün oynamışam”

bir-nece-insani-sevindirmek-ucun-oynamisam
Oxunma sayı: 3567

“Mən atama üç gündən artıq yas tutmadım, tuta bilmərəm də. Atam Allahın rəhmətinə qovuşub. O, bu dünyadan kafir kimi yox, imanlı gedib.  Vəsiyyətlərinin hamısı yerinə yetirilib, gözü yolda qalmayıb.  Demək istəyirəm ki, ürəyimdə ömür boyu ağrı, gözümdən yaş bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Canımdan can getdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev instaqram səhifəsində yazıb.  Atasını yeni itirən sənətçi sosial şəbəkələrdə yayılan rəqs videosunu tənqid edənlərə cavab verib:

“Mənə rəqs etməyi atam öyrədib. Qoy ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşadır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmır, başqalarının aldığı şalvarı geyinib kişilikdən danışmıram. Mən özüməm, buna görə də xoşbəxtəm. 1 gündə min obraza girməkdənsə, ölmək yaxşıdır. 

Hamıya hörmət edirəm, artıq -əksik yazanlara isə demək istəyirəm ki, etik qaydalardan kənara çıxmaq insana hörmətsizlik gətirər. Hər kəs fikirlərini özünə saxlasın, öz həyatına baxsın. Başını hər yerə soxmasın. Yaxşı insan rolunu oynamıram. Ürəyimdə ağrı ilə bir neçə insanı sevindirmək üçün rəqs havası oynayıram”.