Bir neçə istiqamətdən hücum olub

bir-nece-istiqametden-hucum-olub
Oxunma sayı: 696

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 19.40-dan 19.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 21.10-dan 21.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındı yerləşən mövqelərdən;
- saat 23.50-dən 00.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 23-də saat 05.20-dən 05.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.