Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi - Yenilənib

Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi
Oxunma sayı: 2540

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Palatadan məlumat verilib.

Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

Lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.

***

Daha bir neçə sığorta şirkətinin lisenziyası ləğv edilib.

Trend-in məlumatına görə, lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası”" MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, “Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və “İnteqral”Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi