Bir nəfər Kürdə batdı

bir-nefer-kurde-batdi
Oxunma sayı: 1744

Kür çayında 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.