Bir ölkədən qovuldu, digərində nazir oldu

bir-olkeden-qovuldu-digerinde-nazir-oldu
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, 1955-ci ildə Yunanıstanın Gümülcine şəhərində dünyaya gələn yeni nazir 1970-ci ildə təhsil almaq üçün Türkiyəyə gəlib. O, İmam-Xətib litseyində baş nazir Ərdoğanın sinif yoldaşı olub və1982-ci ildə Cərrahpaşa tibb fakültəsindən məzun olaraq Yunanıstana qayıdıb. Xaricdə təhsil aldığı üçün ölkəsində təzyiqlərlə üzləşən səhiyyə naziri 1983-cü ildən Meric Türkiyəyə sığınıb.

Yunanıstan hökuməti onu vətəndaşlıqdan çıxarandan 3 il sonra Türkiyədə vətəndaşı ola bilib. Bu 3 il ərzində o, Türkiyədə heç bir ölkə vətəndaşı olmadan yaşayıb.

Siyasətə 1992-ci ildən başlayan səhiyyə naziri 2002 – 2007-ci illər arasında AKP-nin İstanbul nümayəndəliyinin sədri olub.

Dünənə qədər Türkiyə Böyük Millət Məclisinin deputatı idi, bu gün isə səhiyyə naziridir.