Bir oyun belə oynamadılar - Dünya çempionu oldular

bir-oyun-bele-oynamadilar
Oxunma sayı: 3067

Futbol üzrə Fransa yığmasının üzvü Alfons Areola və Adil Rami dünya çempionatında forma geyinmədən çempion ünvanını qazanıblar.

“Qafqazinfo” xəbər verir ki, onlar 7 oyunun heç birində meydana çıxmayıblar.

“Marsel”də forma geyinən 32 yaşlı Rami mundialdan sonra açıqlama verərək milli komandadakı karyerasını bitirdiyini bildirib.

PSJ-nin qapısını qoruyan 25 yaşlı Areola isə bu vaxta qədər millidə debüt etmək imkanı qazanmayıb.