Bir portuqal və üç ispan

bir-portuqal-ve-uc-ispan
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu mərhələdə 1 portuqal, 3 ispan klubu mübarizə aparacaq.

“Sportinq” klubu Lissabonda “Atletik”i qəbul edəcək. Komandalar daha əvvəl qarşılaşmasa da, cütün favoriti Bilbao təmsilçisidir.
“Atletiko Madrid” isə “Valensiya” ilə münasibətlərini aydınlaşdıracaq. Rəqiblər daha əvvəl 2009/2010-cu illər mövsümündə Avropa Liqasının ¼ finalında üz-üzə gəlib. Səfərdə 2:2, evdə 0:0 hesablı nəticə səfərdə çox qol vuran “Atletiko”nu növbəti mərhələyə çıxarıb.

00:05. "Atletiko" (İspaniya) – "Valensiya" (İspaniya)

00:05. "Sportinq" (Portuqaliya) - "Atletik" (İspaniya)

Ceyhun Əhmədov